Ötən mövsümün sonunda “Şamaxı”dan ayrılan Amil Yunanovun yeni klubu bəlli olub.
Bizim.Media klubun mətbuat xidmətinə istinadən xəbər verir ki, təcrübəli futbolçu “Səbail”lə 1 illik müqavilə imzalayıb.
Transfer yaxın vaxtlarda rəsmən açıqlanacaq. Qeyd edək ki, Amil Yunanov 2020-21 mövsümündə “Səbail”in formasını geyinib. O, “Şamaxı”ya iki il əvvəl məhz “Səbail”dən keçib.
Rəşad Rafiqoğlu, Bizim.Media