“Neftçi” paraqvaylı legioner Sezar Meza Kolli və Vato Arveladze ilə yollarını ayırıb.
Bizim.Media xəbər verir ki, bu barədə klubun rəsmi saytı məlumat yayıb.
Belə ki, klub hər iki legionerin başa çatan müqaviləsini yeniləməyib.
Qeyd edək ki, 2021-ci ilin iyunundan “Neftçi”də çıxış edən 31 yaşlı paraqvaylı oyunçu bu müddətdə 55 matçda meydana çıxıb, 6 qol vurub.
Ötən ilin avqustunda transfer olunmuş Arveladze isə komandanın heyətində 20 rəsmi oyunda meydana çıxıb.
Rəşad Rafiqoğlu, Bizim.Media