“Qəbələ”nin gənc futbolçusu Emil Səfərov avtomobil qəzasına düşüb.
Bizim.Media xəbər verir ki, o, idarə etdiyi VAZ 21-07 avtomobili ilə qəza törədib.
Hadisə futbolçunun doğma rayonu Zaqatalada baş verib. Digər avtomobillə toqquşma zamanı xoşbəxtlikdən futbolçu ciddi xəsarət almayıb.
Amma avtomobillərin hər ikisinə ciddi ziyan dəyib.
Rəşad Rafiqoğlu, Bizim.Media