“Zirə” yay fasiləsində ilk transferini açıqlayıb.
Bizim.Media xəbər verir ki, qəsəbə təmsilçisi “Qəbələ”dən ayrılan Məqsəd İsayevi heyətinə qatıb.
28 yaşlı müdafiəçi ilə 2 illik müqavilə imzalanıb. Onun illik 12 min manat qazanacağı haqda xəbərlər var.
Qeyd edək ki, İsayev daha əvvəl “Neftçi”, “Şamaxı”, “Sabah”, “Səbail” və “Qəbələ”nin şərəfini qoruyub.
Rəşad Rafiqoğlu, Bizim.Media