“Roma”nın baş məşqçisi Joze Mourinyo UEFA tərəfindən cəzalanıb.
Bizim.Media xəbər verir ki, portuqaliyalı mütəxəssis 4 avrokubok oyunundan kənarlaşdırılıb.
Mourinyo Avropa Liqasının “Sevilya” ilə final görüşündən sonra matçın baş hakimi Antoni Teylor haqqında təhqiramiz ifadələr işlədib.
UEFA həmçinin “Roma”nı da cəzalandırıb. Belə ki, canavarların azarkeşləri final oyunu zamanı zamanı pirotexniki vasitələrdən istifadə etdiklərinə və meydana əşyalar atdıqlarına görə avrokubokda keçirəcəkləri növbəti oyunu azarkeşsiz keçirməli olacaq.
Rəşad Rafiqoğlu, Bizim.Media