“Qarabağ” heyətini yeni legionerlə gücləndirməyə hazırlaşır.
Bizim.Media Portuqaliyanın “A Bola” nəşrinə istinadən xəbər verir ki, Ağdam təmsilçisi “Maritimu” klubunun hücumçusu Joel Taqueunu transfer etmək istəyir.
Artıq çempion bununla bağlı qarşı tərəfə rəsmi təklif göndərib. Taqueu son mövsümü icarə əsasında Səudiyyə Ərəbistanının “Əl Həzm” klubunda keçirib. Burada oynadığı 6 oyunda 7 qol vurub.
“Maritimu”nun heyətində isə 18 dəfə meydana çıxan kamerunlu futbolçu cəmi 1 fərqlənməyi bacarıb.
Rəşad Rafiqoğlu, Bizim.Media