“Səbail” yay fasiləsində növbəti transferini açıqlayıb.
Bizim.Media xəbər verir ki, bu barədə klubun mətbuat xidməti məlumat yayıb.
Məlumata görə, paytaxt təmsilçisi "Zirə"dən ayrılan Coşqun Diniyevi heyətinə qatıb. 28 yaşlı yarımmüdafiəçi ilə imzalanan müqavilənin müddəti açıqlanmayıb. Qeyd edək ki, Coşqun Diniyev 2021-ci ilin yayından "Zirə"də çıxış edirdi.
Təcrübəli futbolçu son mövsümdə "qartallar"ın heyətində meydana çıxdığı 35 rəsmi matçda 2 qol və 1 məhsuldar ötürmə ilə yadda qalıb.
Rəşad Rafiqoğlu, Bizim.Media