"Turan Tovuz" heyətini yeni futbolçu ilə gücləndirib.
Bizim.Media xəbər verir ki, bu barədə klubun rəsmi saytı məlumat yayıb.
Qərb bölgəsi təmsilçisi "Zirə"dən ayrılan Sərtan Taşkını rənglərinə bağlayıb. Tovuzlular 25 yaşlı müdafiəçi ilə 2 illik müqavilə imzalayıb.
Qeyd edək ki, Sərtan Taşkın karyerası ərzində "Keşlə", "Sumqayıt" və "Zirə"də forma geyinib.
Rəşad Rafiqoğlu, Bizim.Media