Felipe Santos “Qəbələ”dən ayrılıb.
Bizim.Media xəbər verir ki, braziliyalı vinger İsrailin “Haopel” (Hayfa) klubuna keçib.
Bu barədə “Hapoel”in mətbuat xidməti məlumat yayıb. 26 yaşlı futbolçu ilə 1 illik müqavilə imzalanıb.
Santos ötən mövsümün əvvəlindən formasını geyindiyi “Qəbələ”də 43 oyuna 6 qol vurub, 15 assist edib. O, əvvəllər “Şamaxı”nın da uğurları üçün çalışıb.
Rəşad Rafiqoğlu, Bizim.Media