Müqavilə müddəti başa çatdığı üçün "Şamaxı"dan ayrılan Kamal Mirzəyev karyerasını ölkə xaricində davam etdirə bilər.
Bizim.Media xəbər verir ki, 29 yaşlı yarımmüdafiəçi ilə bir neçə klub maraqlanır.
Bu klublar əsasən Türkiyə və yaxın şərq ölkələrini təmsil edir. Qeyd edək ki, Kamal daha öncə bir dəfə legioner həyatı yaşayıb.
Yarımmüdafiəçi Küveytin "Əl-Salmiya" klubunda çıxış edib.
Rəşad Rafiqoğlu, Bizim.Media