Əliyar Ağayev 21 yaşadək futbolçulardan ibarət komandalar arasında Avropa çempionatının açılış oyununu idarə edəcək.
Bizim.Media AFFA-nın rəsmi saytına istinadən xəbər verir ki, FİFA referisi iyunun 21-də Tbilisidəki Mesxi stadionunda Belçika və Niderland millilərinin matçında əsas hakim olacaq.
Ona laynsmanlar Zeynal Zeynalovla Akif Əmirəli komək edəcək. Qeyd edək ki, Gürcüstan və Rumıniyanın birlikdə təşkil etdiyi U-21 Avropa çempionatının final qarşılaşması iyulun 8-də olacaq.
Rəşad Rafiqoğlu, Bizim.Media