Millimizin futbolçusu Namik Ələskərov yenidən Türkiyə klubunun diqqət mərkəzinə düşüb.
Bizim.Media xəbər verir ki, “Kocaelispor” “Sabah”ın vingeri ilə maraqlanır.
I liqaya vəsiqə qazanan “yaşıl-qaralar” baş məşqçi postuna Ertuğrul Sağlamı gətirib. 2021-2022 mövsümündə “Bursaspor”da 6 qol və 6 məhsuldar ötürmə verən Ələskərov İzmit təmsilçisinin maraq dairəsindədir.
Qeyd edək ki, 28 yaşlı futbolçunun “Sabah”la 2025-ci ilə qədər müqaviləsi var.
Rəşad Rafiqoğlu, Bizim.Media