“Qarabağ” kapitanı Maksim Medvedevlə müqavilənin müddətini uzadıb.
Bizim.Media xəbər verir ki, bu barədə klubun mətbuat xidməti məlumat yayıb.
Məlumata görə, 33 yaşlı müdafiəçi ilə 1 illik yeni sözləşmə imzalanıb.
Ağdam klubunun öz yetirməsi olan Medvedev bu komandada 400-dən çox rəsmi matça çıxıb.
Rəşad Rafiqoğlu, Bizim.Media