3x3 basketbol üzrə Avropa Kubokunun seçmə mərhələsində sonuncu qrup oyununu keçirən qadın millimiz, İrlandiya seçməsinə 16-10 hesabı ilə qalib gələrək yarımfinala vəsiqə qazanıb.
Bizim.Media xəbər verir ki, kişilərdən ibarət komandamız isə ikinci qrup oyununda yerli Kipr seçməsinə 22-11 hesabı ilə məğlub olub.
18 iyun tarixində kişi komandamız Bakı vaxtı ilə saat 12:15 də qrupda sonuncu oyununu Lüksemburq yığmasına qarşı keçirəcək. Qadınların yarımfinal görüşləri isə 18 iyun Bakı vaxtı ilə saat 16:40 -dan etibarən start götürəcək.
Rəşad Rafiqoğlu, Bizim.Media