Millimiz bu gün Avro-2024-ün seçmə mərhələsində növbəti oyununa çıxacaq.
Bizim.Media xəbər verir ki, yığmamız F qrupunun 3-cü turunda Estoniyanı qəbul edəcək.
"Dalğa Arena"da keçiriləcək görüş saat 20:00-da başlayacaq. Matçı Çexiya Futbol Federasiyasından Andrey Berka idarə edəcək.
Qrupun digər oyununda Belçika evdə Avstriya ilə qarşılaşacaq.
Qeyd edək ki, millimiz qrupdakı ilk iki görüşündə Avstriyaya 1:4, İsveçə 0:5 hesabı ilə məğlub olub.
Bizim.Media