Azərbaycan cüdoçusu Gültac Məmmədəliyeva (52 kq) Qazaxıstanın paytaxtı Astanada keçirilən Böyük Dəbilqə turnirində 3-cü yeri tutub.
Bizim.Media xəbər verir ki, idmançımız bürünc medal uğrunda görüşdə belçikalı Amber Ryheulə qalib gəlib.
Kəramət Hüseynov (66 kq) isə eyni mərhələdə ispaniyalı Albert Martinə uduzaraq 5-ci olub.
Qeyd edək ki, daha əvvəl digər 6 cüdoçumuz medal şanslarını itirib.
Bizim.Media