AFFA İcraiyyə Komitəsinin qərarları AÇIQLANDI 

Bu gün “Dalğa Arena”da AFFA-nın İcraiyyə Komitəsinin növbəti iclası keçirilib. 

Bizim.Media AFFA-nın saytına istinadən xəbər verir ki, aparılmış müzakirələrdən sonra aşağıdakı qərarlar qəbul olunub:

1. 2023-2024-cü illər mövsümündə I Divizion 10 komandanın iştirakı ilə keçirilsin:

1. “Şamaxı”


2. “Qaradağ Lökbatan”

3. MOİK

4. “Mingəçevir”

5. “Zaqatala”

6. “İrəvan”

7. “İmişli”

8. “Difai Ağsu”

9. “Araz Saatlı”

10. “Karvan”

2. 2023-2024-cü illər mövsümündən etibarən yarıpeşəkar statuslu II Divizion təsis olunsun və aşağıdakı komandaların iştirakı ilə keçirilsin:

1. “Füzuli”

2. “Göygöl”

3. “Ağdaş”

4. “Sportinq Baku”

5. “Qusar”

6. “Marxal Şəki”

7. “Şəfa  Baku”

8. “Cəbrayıl”

9. “Lerik”

10. “Kürmük Qax”

11. “Şəmkir”

12. “Kür-Araz”
 
Qeyd: I Divizion və II Divizionda çıxış etməsi nəzərdə tutulan komandalarla bağlı müvafiq yekun rəyin hazırlanması AFFA-nın baş katibliyinə və Peşəkar Futbol Liqasına həvalə olunsun.

3. Klubların Lisenziyalaşdırma Qaydalarında (Buraxılış 2023) müvafiq dəyişikliklər təsdiq olunsun.

4. Premyer Liqa və Azərbaycan kuboku uğrunda yarışın oyunlarının yayım hüququ ilə bağlı təkliflərin hazırlanması AFFA-nın baş katibliyinə və Peşəkar Futbol Liqasına tapşırılsın.

5. Premyer  Liqa və Azərbaycan Kuboku oyunlarında meydana əvəzetmədən daxil olan 5 futbolçunun legioner olmasına məhdudiyyət qoyulmasın.

6. 2023/2024-cü illər mövsümünün startına qədər 21 yaşı tamam olmamış, ölkəsinin milli komandasının üzvü olan legioner üçün rüsum tələb olunmasın. Milli komandasının heyətində, FIFA təqvimində olan rəsmi yoldaşlıq oyunları da daxil olmaqla, son 12 ayda oynamış (meydançaya  çıxmış) legionerlər üçün rüsum tələb olunmasın.

Yuxarıda qeyd olunan meyarlara cavab verməyən legionerlər üçün aşağıdakı rüsum tətbiq olunsun:

Klubun mövsüm ərzində cəlb etdiyi ilk 7 legioner  üçün – 5000 (beş min) manat;

Klubun mövsüm ərzində cəlb etdiyi 8-12 legioner  üçün – 10000 (on min) manat;

Klubun mövsüm ərzində cəlb etdiyi 13 və daha çox  sayda legionerlər üçün – 50000 (əlli min) manat;

1 futbolçu mövsüm ərzində 2-ci klubda sifariş olunacaqsa, rüsum tələb olunmasın.

Qeyd: Yuxarıda qeyd olunan 3 kateqoriyaya daxil olan futbolçular legioner ödənişləri üçün nəzərə alınmasa da, sayda qeyd olunur. Ödənişsiz  legionerdən sonra qeydiyyat olunan növbəti legionerin rüsumu sıra sayına uyğun olaraq  aparılır. Premyer  Liqa  klubuna verilmiş limitli legioner sayına onun əvəzedici heyətdə cəlb etdiyi legioner futbolçuların sayı da daxildir. I Divizion klubları üçün legioner  rüsumu saydan asılı olmayaraq 5 min manat müəyyən olunsun.

7. Klublara dövlət tərəfindən ayrılan maliyyə yardımı proqramında xarici ölkə klublarına futbolçu transfer edən klublar üçün nəzərdə tutulan 150 min (yüz əlli min) manat vəsaitlə bağlı klublar tərəfindən yeni layihə hazırlanaraq AFFA, PFL və Yoxlama və Təftiş Komitəsinə təqdim olunsun.
8. Vitali Borisov futzal üzrə Azərbaycan milli komandasının baş məşqçisi təyin olunsun. Baş məşqçinin müqavilə müddəti 1+1 sistemi üzrə müəyyənləşdirilsin.

Rəşad Rafiqoğlu, Bizim.Media 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

SON XƏBƏRLƏR

Adınızın sirri: ad insanın taleyinə necə təsir edir?

Adınızın sirri: ad insanın taleyinə necə təsir edir?

"Kişi sponsorlar ancaq qadınlara dəstək olur"

"Kişi sponsorlar ancaq qadınlara dəstək olur"

Xalq rəssamı Tahir Salahovun qəbirüstü abidəsi ucaldılıb - FOTO

Xalq rəssamı Tahir Salahovun qəbirüstü abidəsi ucaldılıb - FOTO

Qlobal smartfon bazarında çöküş - Səbəbi İran müharibəsidir

Qlobal smartfon bazarında çöküş - Səbəbi İran müharibəsidir

Tatlıses əməliyyat olundu – FOTO

Tatlıses əməliyyat olundu – FOTO

İran-ABŞ danışıqları: Müzakirələr axşam da davam edir

İran-ABŞ danışıqları: Müzakirələr axşam da davam edir

Pendirin artıq duzu necə çıxarılır?

Pendirin artıq duzu necə çıxarılır?

Hörmüz boğazı ilə bağlı danışıqlar DAYANDIRILDI

Hörmüz boğazı ilə bağlı danışıqlar DAYANDIRILDI

“Neftçi” “Araz Naxçıvan”a qalib gəldi - VİDEO

“Neftçi” “Araz Naxçıvan”a qalib gəldi - VİDEO

“İran əleyhinə kampaniya bitməyib...” - VİDEO

“İran əleyhinə kampaniya bitməyib...” - VİDEO

Məşhurların narkotest nəticələri AÇIQLANDI

Məşhurların narkotest nəticələri AÇIQLANDI

Netanyahu Livana ŞƏRT QOYDU

Netanyahu Livana ŞƏRT QOYDU

Keçmiş deputatın oğlu VƏFAT ETDİ

Keçmiş deputatın oğlu VƏFAT ETDİ

“Sabah” – “Zirə” oyununda heç-heçə - VİDEO

“Sabah” – “Zirə” oyununda heç-heçə - VİDEO

Pezeşkiandan ABŞ-İran danışıqları ilə bağlı PAYLAŞIM: “...bir dəqiqə belə dayanmayacaq”

Pezeşkiandan ABŞ-İran danışıqları ilə bağlı PAYLAŞIM: “...bir dəqiqə belə dayanmayacaq”

Küveytin hava məkanı yenə açılmadı - İrana görə...

Küveytin hava məkanı yenə açılmadı - İrana görə...

Bu evlərə su, işıq və qaz verilməyəcək - VİDEO

Bu evlərə su, işıq və qaz verilməyəcək - VİDEO

Kanala düşərək ölən 7 yaşlı Aylinin FOTOSU

Kanala düşərək ölən 7 yaşlı Aylinin FOTOSU

“Lüfthansa”nın pilotları tətil elan etdilər

“Lüfthansa”nın pilotları tətil elan etdilər

Tramp: Hörmüz boğazı tezliklə açılacaq

Tramp: Hörmüz boğazı tezliklə açılacaq

Qubada ağır QƏZA: 4 nəfər xəsarət alıb

Qubada ağır QƏZA: 4 nəfər xəsarət alıb

Dəmlikdə qalan çayı atmayın - istifadə sahələri açıqlanıb

Dəmlikdə qalan çayı atmayın - istifadə sahələri açıqlanıb

“Arsenal” öz meydanında uduzdu – VİDEO

“Arsenal” öz meydanında uduzdu – VİDEO

"Mən də atam kimi mahnı oxumaq istəyirəm" - VİDEO

"Mən də atam kimi mahnı oxumaq istəyirəm" - VİDEO

End of content

No more pages to load

RADİO