“Turan Tovuz” yay fasiləsinin ilk legioner transferini edib.
Bizim.Media xəbər verir ki, bölgə klubu bolqarıstanlı forvard Martin Petkovla anlaşıb.
“Levski” yetirməsinin sonuncu klubu Sofiyanın digər təmsilçisi “Septemvri” olub. 20 yaşlı hücumçu qısa müddət Ukrayna “Çernomorets” klubunda legioner həyatı yaşayıb.
Ölkəsinin bütün aşağı yaş milliliərdinə çıxış edən Martin hazırda gənclər yığmasının üzvüdür.
Rəşad Rafiqoğlu, Bizim.Media