"Azər Salahlı və Rəhman Hacıyevlə bağlı klubumuza heç bir müraciət olmayıb".
Bizim.Media xəbər verir ki, bu sözləri "Neftçi"nin Media və marketinq departamentinin rəhbəri Rüstəm Allahverdiyev klub televiziyasına açıqlamasında deyib.
Klub rəsmisi komanda üzvləri Azər Salahlı və Rəhman Hacıyevin icarəyə göndəriləcəyi ilə bağlı yayılan xəbərlərə münasibət bildirib:
"Azər milli komandanın düşərgəsindədir, Rəhman isə növbəti mövsümün hazırlıq planında yer alıb. Məşqçilər korpusunun gələcəkdə nə qərar verəcəyini indidən demək olmaz. Amma bu futbolçuların icarəyə götürülməsi ilə bağlı klubumuza heç bir müraciət daxil olmayıb".
Rəşad Rafiqoğlu, Bizim.Media