Polşanın "Visla" klubu "Qarabağ"ın sabiq futbolçusu Jakub Jezniçakla yollarını ayırıb.
Bizim.Media xəbər verir ki, bu barədə Plotsk təmsilçisinin rəsmi saytı məlumat yayıb.
36 yaşlı müdafiəçinin müqaviləsinə qarşılıqlı razılaşma əsasında xitam verilib.
Qeyd edək ki, Yakub Jezniçak 2017-2019-cu illərdə "Qarabağ"da çıxış edib. Polşalı futbolçu 2019-cu ildən "Visla"da oynayırdı.
Bizim.Media