Voleybol üzrə qadınlardan ibarət Azərbaycan millisinin baş məşqçisi Ataman Güneyligilə Yunanıstanda hörmətsizlik edilib.
Bizim.Media Türkiyə mətbuatına istinadən xəbər verir ki, PAOK azarkeşlərin təzyiqinə görə 42 yaşlı mütəxəssisin müqaviləsinə xitam verib.
Buna Güneyligilin şəxsi instaqram hesabından Türkiyə Cümhuriyyətinin banisi Mustafa Kamal Atatürklə bağlı paylaşımlar etməsi səbəb olub. PAOK iyunun 10-da türkiyəli baş məşqçi ilə anlaşdığını açıqlamışdı.
Rəşad Rafiqoğlu, Bizim.Media