“Qarabağ”ın Avstriyadakı təlim-məşq toplanışındaki yoxlama oyunlarında rəqiblərindən birinin adına aydınlıq gəlib.
Bizim.Media xəbər verir ki, Ağdam təmsilçisi Polşanın “Legiya” klubu ilə oynayacaq. Oyun iyulun 1-də baş tutacaq.
Qeyd edək ki, “Qarabağ” artıq növbəti mövsümün hazırlığına başlayıb. Komanda Avstriyaya iyunun 22-də yola düşəcək.
Rəşad Rafiqoğlu, Bizim.Media