"Neftçi"nin legioneri Ataa Caberin Fələstin millisində debütü gerçəkləşib.
Bizim.Media xəbər verir ki, yarımmüdafiəçi İndoneziyaya qarşı keçirilən matçda çıxış edib.
28 yaşlı futbolçu 90 dəqiqə oyunun iştirakçısı olub.
Qarşılaşma 0:0 hesabı ilə yekunlaşıb. İsrailin U-21 millisinin sabiq kapitanı Caber sonradan Fələstin vətəndaşlığına sahib çıxıb.
Rəşad Rafiqoğlu, Bizim.Media