"Sabah"ın yay hazırlıq planı bəlli olub.
Bizim.Media klubun saytına istinadən xəbər verir ki, "futuristlər" növbəti mövsümün hazırlıqlarına iyunun 21-də Bakıda başlayacaq.
Paytaxtda baş tutacaq toplanış iyunun 29-dək davam edəcək. Həmin tarixdə komanda Qəbələyə yola düşəcək. Qəbələ toplanışı iyulun 5-də başa çatacaq.
Komanda iyulun 6-da isə hazırlığın ikinci mərhələsi üçün Avstriyaya yollanacaq. Bu ölkənin Tirol bölgəsində baş tutacaq təlim-məşq toplanışı iyulun 20-də başa çatacaq. Hazırlıq prosesi çərçivəsində Azərbaycanda 2, Avstriyada isə 3 yoxlama oyununun keçirilməsi nəzərdə tutulub.
Rəşad Rafiqoğlu, Bizim.Media