“Qarabağ”ın hücumçusu Musa Qurbanlı xarici klubların diqqət mərkəzindədir.
Bizim.Media xəbər verir ki, çempionatımızın bombardirlərindən olan forvardı heyətinə qatmaq istəyən klublardan biri də “Zalsburq”dur.
Avstryanın ən məşhur klubunun hücumçumuza maraq göstərməsi barədə xəbəri bu ölkənin “Laola1” portalı yayıb.
Sayt iddia edir ki, Musa Qurbanlı “Zalsburq”un növbəti mövsüm üçün əsas transfer hədəflərindən biridir.
Qeyd edək ki, “Qarabağ”ın baş məşqçisi Qurban Qurbanovun oğlU olan Musa hələ ki, gələcək karyerası ilə bağlı qəti qərar verməyib.
Rəşad Rafiqoğlu, Bizim.Media