“Kəpəz”dən ayrılan nigeriyalı yarımmüdafiəçi Ahmed Ayzaya “Qəbələ”dən təklif alıb.
Bizim.Media xəbər verir ki, hazırda futbolçu klub rəsmiləri ilə danışıq aparır.
Qeyd edək ki, Ahmed Ayzaya 2022/2023 mövsümündə “Kəpəz”də çıxış edib. Onun Gəncə klubu ilə müqaviləsi mövsümün sonunda başa çatıb.
Bir neçə klubdan dəvət alan oyunçu “Qəbələ” ilə razılığa gəlməyə çalışır.
Rəşad Rafiqoğlu, Bizim.Media