"Neftçi"nin futbolçusu İsmayıl Zülfüqarlı yeni mövsümə başqa komandada başlaya bilər.
Bizim.Media xəbər verir ki, "ağ-qaralar"ın gənc futbolçusunu “Qəbələ”, “Sumqayıt” və "Turan Tovuz" heyətinə qatmaq üçün mübarizə aparır.
"Neftçi"nin yetirməsi olan Zülfüqarlının yaxın günlərdə yeni mövsümə hansı komandada başlayacağına qərar verəcəyi gözlənilir. 22 yaşlı futbolçu daha çox oyun praktikası qazana biləcəyi kollektivə qoşulmaq istəyir.
Xatırladaq ki, U-21 yığmamızın sabiq üzvüdür.
Rəşad Rafiqoğlu, Bizim.Media