UEFA Çempionlar Liqasında 2023-2024-cü il mövsümünün ilkin mərhələsinin püşkü atılıb.
Bizim.Media xəbər verir ki, tədbir UEFA-nın İsveçrənin Nyon şəhərindəki mənzil-qərargahında keçirilib.
Püşkə əsasən, “Atletik Ekaldes” (Andorra) klubu “Buduçnost” (Monteneqro), “Tre Penne” (San Marino) komandası isə “Breydablik" (İslandiya) ilə qarşılaşacaq.
Yarımfinal görüşləri iyunun 27-də, final qarşılaşması isə iyunun 30-da olacaq. İlkin mərhələnin hər cütü və final 1 oyundan ibarətdir. Bütün matçlar İslandiyada keçiriləcək.
Mərhələnin qalibi birinci təsnifat mərhələsinə yüksələcək və "Qarabağ"ın potensial rəqiblərindən biri olacaq.
Bizim.Media