"Qarabağ"ın 2023/2024 mövsümündə avrokuboklardakı təsnifat mərhələsinin görüşlərini hansı stadionda keçirəcəyi bəlli olub.
Bizim.Media xəbər verir ki, Ağdam klubu əvvəlcədən planlaşdırıldığı kimi avrokuboklardakı ilkin təsnifat mərhələsinin oyunlarını "Azərsun Arena"da keçirməyəcək.
Əslində, Azərbaycan çempionu oyunlarını Tofiq Bəhramov stadionunda keçirmək istəyib. Lakin bu stadionda təmir işləri aparıldığından istəkləri baş tutmayıb.
Bununla da, Qurban Qurbanovun rəhbərlik etdiyi kollektiv yeni mövsümdə avrokuboklardakı görüşlərini Bakı Olimpiya Stadionunda (BOS) keçirmək qərarı verib.
Rəşad Rafiqoğlu, Bizim.Media