"Qarabağ"ın Mətbuat katibi Gündüz Abbaszadənin bu vəzifədən ayrıldığı bildirilir.
Bizim.Media-nın əldə etdiyi məlumata görə Gündüz Abbaszadə tutduğu postdan ayrılaraq məzuniyyətə yollanıb.
Hazırda məzuniyyətdə olan Gündüz Abbaszadənin qayıdandan sonra vəzifəsindən gedəcəyi gözlənilir.
Məlumatı dəqiqləşdirmək üçün Gündüz Abbaszadə ilə əlaqə yaratmağa çalışdıq. Amma onunla əlaqə cəhdlərimiz baş tutmayıb.
Məsələ ilə bağlı qarşı tərəfin mövqeyini dərc etməyə hazırıq.
Xatırladaq ki, tanınmış jurnalist Gündüz Abbaszadə “Qarabağ”ın Mətbuat xidmətinin rəhbəri vəzifəsinə iki il əvvəl təyinat almışdı.
Alçina Amilqızı, Bizim.Media