Portuqaliyanın “Eştoril” klubunun futbolçusu Juanzinyo karyerasını Azərbaycanda davam etdirə bilər.
Bizim.Media yerli mətbuata istinadən xəbər verir ki, “Sabah” 34 yaşlı cinah müdafiəçisini heyətinə qatmaq istəyir.
Bundan başqa Macarıstan təmsilçisi “Dioşdyor” da portuqaliyalı oyunçu ilə maraqlanır.
Təcrübəli müdafiəçinin “Eştoril”lə müqaviləsi 2024-cü ilin yayında başa çatmalıdır. 2019/2020 mövsümündə Kiprdə APOEL-in formasını geyinən Juanzinyo “Qarabağ”a 2:1 hesabı ilə qalib gəldikləri Avropa Liqasının qrup mərhələsinin 4-cü tur matçında meydanda olub.
Rəşad Rafiqoğlu, Bizim.Media