Fransanın PSJ futbol klubu hücumçusu Kilian Mbappeni satışa çıxarıb.
Bizim.Media xəbər verir ki, bu barədə “The Telegraph”ın jurnalisti Ceyson Bert “Twitter“ səhifəsində yazıb.
Xatırladaq ki, PSJ ilə Mbappe arasındakı müqavilə 2023/24 mövsümünün sonunda başa çatır.
Fransanın cari çempionatında Mbappe 34 matçda iştirak edib, 29 qol vurub və 5 məhsuldar ötürmə edib.
Bizim.Media