“Qəbələ”nin aparıcı yarımmüdafiəçisi Rövlan Muradov karyerasını ölkə xaricində davam etdirə bilər.
Bizim.Media xəbər verir ki, Xorvatiyanın “Osiek” klubu futbolçunu transfer etmək istəyir.
Rövlanı artıq uzun müddətdir izləyən komandanın skautları onu heyətə cəlb etməkdə israrlıdır.
Yay fasiləsində transferlə bağlı “Osiek”lə “Qəbələ” arasında danışıqların başlaması gözlənilir.
Qeyd edək ki, Qəbələ futbol akademiyasının yetirməsi olan Rövlan Muradovla Azərbaycan klubları da maraqlanır.
Rəşad Rafiqoğlu, Bizim.Media