Azərbaycan millisinin və “Zirə”nin müdafiəçisi Cəlal Hüseynov Bolqarıstanın “Arda” klubuna transfer olunub.
Bizim.Media xəbər verir ki, bu barədə sözügedən klubun rəsmi saytı məlumat yayıb.
20 yaşlı futbolçu ilə 3 illik müqavilə imzalanıb. Hüseynov “Zirə”nin yetirməsidir. O, 2020-ci ildən bu klubun əsas komandasında forma geyinirdi.
Geridə qalan mövsümdə isə Cəlal icarə əsasında “Şamaxı”nın uğurları üçün çalışıb.
Müdafiəçi Azərbaycan milli komandasında 5 oyuna çıxıb. “Arda” Bolqarıstan çempionatında geridə qalan mövsümünü 16 komanda arasında 8-ci pillədə başa vurub.
Rəşad Rafiqoğlu, Bizim.Media