Başa çatan mövsümü "Konyaspor"da icarə əsasında keçirmiş Mahir Emrelinin yeni mövsümə hansı komandada başlayacağı hələ ki, dəqiq deyil.
Bizim Media xəbər verir ki, futbolçunun adı tez-tez "Qarabağ"la hallansa da, Ağdam klubunun əzəli rəqibi “Neftçi” də Emrelinin xidmətində maraqlıdır.
Yeni mövsüm daha iddialı heyət qurmaq istəyən "ağ-qaralar" Mahiri yayda "Dinamo"dan icarəyə götürmək istəyir.
Ancaq millimizin üzvü ilk növbədə Avropadan gələn təklifləri dəyərləndirmək istəyir. "Bakı"nın yetirməsi olan Emrelinin “Dinamo” ilə müqaviləsi 2026-cı il iyunun 30-na qədərdir. O, “Qarabağ” və “Legiya”da da oynayıb.
Rəşad Rafiqoğlu, Bizim.Media