“Kəpəz”in legioneri Georgi Kantariya karyerasını “Sumqayıt”da davam etdirə bilər.
Bizim.Media xəbər verir ki, gürcüstanlı futbolçu menecerlər tərəfindən “Sumqayıt”a təklif olunub.
“Gənclik şəhəri” təmsilçisi hazırda futbolçunun maliyyə şərtləri ilə tanış olur. Transferin reallaşıb-reallaşmayacağı yaxın günlərdə bəlli olacaq.
Qeyd edək ki, Georgi Kantariya 2022-ci ildə Gürcüstanın “Telavi” komandasından “Kəpəz”ə transfer olunub.
Rəşad Rafiqoğlu, Bizim.Media