"Qəbələ" daha bir futbolçusu ilə müqaviləni uzadır.
Klubun baş meneceri Nail Kərimovun Bizim.Media-ya verdiyi məlumata görə, Ülvi İsgəndərovla razılıq əldə olunub.
25 yaşlı hücumçu tezliklə rəsmi sözləşməyə imza atacaq.
Qeyd edək ki, “Qəbələ” daha əvvəl Məqsəd İsayevlə vidalaşıb, Urfan Abbasov, Murad Musayev, İlkin Qırtımov və Emin Səfərovla isə müqaviləni yeniləyib.
Rəşad Rafiqoğlu, Bizim.Media