"Sumqayıt" "Şamaxı"nın futbolçusu Fuad Bayramovu heyətinə qatmaq istəyir.
Bizim.Media xəbər verir ki, yerli futbolçu tapmaqda çətinlik çəkən Sumqayıt təmsilçisin artıq yarımmüdafiəçi ilə danışıqlara da başlayıb.
Amma Fuada digər təkliflər də var. Bununla bərabər, Premyer Liqada qalacağı təqdirdə "Şamaxı" özü də onu saxlamaqda və maaşını artırmaqda maraqlıdır.
Futbolçu hansı klubda oynayacağına yaxın günlərdə qərar verəcək.
Rəşad Rafiqoğlu, Bizim.Media