Sezar Meza Kollinin “Neftçi”dən gedişi rəsmiləşib.
Bizim.Media xəbər verir ki, paraqvaylı futbolçunun başa çatan müqaviləsi yenilənməyib.
31 yaşlı futbolçu ötən mövsümün əksər hissəsini zədə səbəbindən komandasına kömək edə bilməyib. O, 2022-2023 mövsümündə Azərbaycan Premyer Liqasında 17 oyunda meydana çıxıb və 2 qol vurub.
Qeyd edək ki, yaxın günlərdə Vato Arveladze, Voslav Stankoviçin də göndərilməsi barədə rəsmi açıqlama veriləcək.
Rəşad Rafiqoğlu, Bizim.Media