“Sumqayıt” müdafiəçisi Elvin Bədəlovla anlaşmanın müddətini uzadıb.
Bizim.Media klubun rəsmi saytına istinadən xəbər verir ki, 27 yaşlı futbolçu ilə daha iki illik müqavilə bağlanıb.
Qeyd edək ki, 2019-cu ildən “kimyaçılar”ın şərəfini qoruyan Bədəlov ümümilikdə 84 oyunda meydana çıxıb.
O, həmçinin Azərbaycanın U-16, U-17, U-18, U-19, U-21 və “A” millilərinin uğurları üçün çalışıb.

Rəşad Rafiqoğlu, Bizim.Media