Mayın 13-də keçirilmiş “Sabah” – “Beşiktaş” xeyriyyə matçının gəlirləri bəlli olub.
Bizim.Media xəbər verir ki, qarşılaşmanın gəlirləri 718019 AZN təşkil edib.
Oyundan əldə edilmiş bütün gəlir ən qısa zamanda “Beşiktaş” klubu tərəfindən yaradılmış “Bırakmam seni Türkiyem” yardım kampaniyasının hesabına köçürüləcək.
Matçdan əldə edilən bütün gəlir qardaş Türkiyədə zəlzələdən zərər çəkmiş bölgədə məktəb tikintisi üçün xərclənəcək.
Rəşad Rafiqoğlu, Bizim.Media