“Sumqayıt” klubu heyətinə əl gəzdirməyə davam edir.
Bizim.Media xəbər verir ki, “Gənclik şəhəri” təmsilçisi 3 legioneri ilə müqavilələri yeniləməyib.
Bunlar Terens Distell, Karim Abubakar və Diyeqo Kariokadır.
Qeyd edək ki, adıçəkilən futbolçular cari mövsümün əvvəlində “Sumqayıt”a transfer olunmuşdular.
“Sumqayıt” daha öncə Rüfət Abdullazadə, Süleyman Əhmədov və qapıçı Aydın Bayramovla yollarını ayırmışdı.
Rəşad Rafiqoğlu, Bizim.Media