"Qalatasaray"ın futbol komandası ilə 8 dəfə Türkiyə çempionu olmuş, UEFA Kubokunu qazanmış Fatih Terimin iyunun 17-də Bakıda keçirəcəyi seminar təxirə salınıb.
Bizim.Media xəbər verir ki, bu barədə onu seminara dəvət edən şirkət məlumat yayıb.
Həmin şirkət "İmperator"un Bakıya səfərinin sentyabrda olacağını, seminarın dəqiq tarixinin tezliklə açıqlanacağını bildirib. Bu isə bilet alan azarkeşlərin narazılığına səbəb olub.
Şirkətdən biletləri qaytara biləcəkləri ilə bağlı şərh də yazılıb.
Sözügedən qurumdan saytımıza verilən açıqlamada vaxt dəyişikliyinin onlardan qaynaqlanmadığı, bunun Fatih Terimin işləri ilə bağlı olduğu bildirilib.
Rəşad Rafiqoğlu, Bizim.Media