Final mərhələsi 2024-cü ildə keçiriləcək futzal üzrə dünya çempionatının elit-raund mərhələsinin püşkü atılıb.
Bizim.Media xəbər verir ki, millimiz A qrupunda Qazaxıstan, Rumıniya və Niderland komandaları ilə mübarizə aparacaq.
Bu mərhələnin oyunları 11-20 sentyabr, 2-11 oktyabr və 11-20 dekabr tarixlərində keçiriləcək.
Qeyd edək ki, Avropa zonasında qrup qalibləri (5 komanda) final mərhələsinə birbaşa vəsiqə qazanacaq.
Ən yaxşı nəticəyə malik 4 ikinci yerin sahibi pley-off oyunlarında iştirak edəcək və qalib gələn iki komanda final mərhələsinə yüksələcək.
A qrupu
Qazaxıstan
Rumıniya
Azərbaycan
Niderland
Rəşad Rafiqoğlu, Bizim.Media