"Liverpul" Argentina millisinin üzvü Aleksis MakAllisterin keçidini rəsmiləşdirib.
Bizim.Media klubun rəsmi saytına istinadən xəbər verir ki, Mersisayd klubu yarımmüdafiəçinin transferini açıqlasa da, müqavilənin detalları barədə məlumat verilməyib.
Argentinalı futbolçu Yurgen Kloppun istəyi ilə komandaya cəlb edilib. O, buna qədər "Brayton" forması geyinirdi. O, Argentina millisinin heyətində Qətərdə keçirilmiş dünya çempionatının qalibi olub.
Rəşad Rafiqoğlu, Bizim.Media