Rusiyanın “Soçi” klubunun müdafiəçisi Mussa Sissoko Azərbaycanda oynaya bilər.
Bizim.Media xəbər verir ki, 22 yaşlı müdadiəçiyə “Qarabağ” və “Sabah” klubları maraq göstərir.
Əslən Malidən olan mərkəz müdafiəçisi PSJ-nin yetirməsidir. O, Paris klubunun gənclər komandasında oynayıb. Futbolçu həmçinin Belçikanın “Standart” klubunun da şərəfini qoruyub.

Rəşad Rafiqoğlu, Bizim.Media