“Qəbələ” heyətini yeni qapıçı ilə gücləndirib.
Bizim.Media xəbər verir ki, bölgə təmsilçisi Nicat Mehbalıyevi geri qaytarıb.
2021/22 mövsümünü icarə əsasında “Qəbələ”də keçirən 22 yaşlı qolkiperin bu dəfə transfer hüququ “Sabah”dan alınıb.
Xatırladaq ki, Nicat “Qəbələ”də əsas heyət üzvü olsa da, son mövsümdə “Sabah”da Yusif İmanovun kölgəsində qaldı. Bu səbəbdən o, daim oynayacağı komandaya keçmək istəyib və transfer reallaşıb.
Rəşad Rafiqoğlu, Bizim.Media