Bu mövsüm heç bir titul qazana bilməyən “Neftçi”dən ayrılacaq futbolçuların sayı artır.
Bizim.Media xəbər verir ki, paraqvaylı yarımmüdafiəçi Sezar Meza Kolli “Neftçi”ni tərk etməyə hazırlaşır.
31 yaşlı futbolçunun “ağ-qaralar”la müddəti başa çatan müqaviləsi yenilənməyəcək. Məzh bu səbəbdən futbolçu artıq klub axtarışına başlayıb.
Paraqvaylı futbolçu 2021-ci ilin yayından “Neftçi”də çıxış edirdi. O, Premyer Liqada ötən mövsüm 17 oyuna çıxıb.
Rəşad Rafiqoğlu, Bizim.Media