"Kəpəz"dən daha bir futbolçu ayrılıb.
Bizim.Media xəbər verir ki, Orxan Sadıqlı yeni mövsümə bu komandada başlamayacaq.
Qolkiper də komandadan ayrılanlar sırasına qoşulacaq. "Xəzər Lənkəran"ın sabiq qapıçısının yeni komandası da bəllidir.
O, böyük ehtimalla "Sumqayıt"la rəsmi müqavilə imzalayacaq. Artıq tərəflər arasında danışıqlar yekunlaşmaqdadır.
Əgər son anda problem çıxmasa, Sadıqlı yeni mövsümə məhz adıçəkilən komandada başlayacaq.
Rəşad Rafiqoğlu, Bizim.Media