“Neftçi”nin yarımmüdafiəçisi Rəhman Hacıyev komandadan ayrılır.
Bizim.Media xəbər verir ki, bunun səbəbi futbolçunun az oynamasıdır.
Təcrübəli yarımmüdafiəçiyə bir neçə klubdan təklif var. Onlardan ən real təklif “Səbail”dən gəlib.
Paytaxt klubunun baş məşqçisi şahin Diniyev növbəti mövsüm Hacıyevi öz komandasında görmək istəyir. Hazırda tərəflər arasında danışıqlar davam edir.
Rəşad Rafiqoğlu, Bizim.Media